Əldə etdiyimiz bütün uğurlarımızın kökündə Ulu Öndərin neft-qaz strategiyası durur- ÖZƏL

"Ötən həftəninn bizim üçün ən mühüm hadisəsi iyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir".  Azərbaycan Prezidenti cənab İlham Əliyevin  Bakı Ekspo Mərkəzində etdiyi çıxışda   ölkəmizdə ilk neft-qaz sərgisinin açılışı və "Əsrin müqaviləsi"nin imzalaması hadisələrinə toxunarkən dediyi bu sözlərdə böyük həqiqət var. 
Çağdaş Azərbaycanın beynəlxalq konyunkturaya rəğmən regionda lider dövlətə çevrilməsindən tutmuş torpaqlarını işğaldan azad etməsinədək bütün uğurlarımızın kökündə məhz Ulu Öndərin neft-qaz strategiyası durur. Karbohidrogen ehtiyatları Azərbaycandan bir neçə dəfə çox, amma iqtisadiyyatı da, elə  enerji təminatçısı kimi oynadığı rol da bizimkindən xeyli zəif olan bəzi qonşu dövlətlərin timsalında da görürük ki, əsas təbii sərvətin varlığı deyil, ondan düzgün faydalanmağı bacarmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31