Ulu Öndər  Azərbaycan dövlətçiliyini yoxolma təhlükəsindən xilas etdi- ÖZƏL

"32 il öncə 1993-cü ilin iyun ayının əvvəlində Azərbaycan çox təhlükəli dövrünün yaşayırdı.  XX əsrin sonunda müstəqilliyini yenidən bərpa edən  Azərbaycan dünyanın siyasi xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə idi. Məhz belə çətin və mürəkkəb siyasi proseslərin cərəyan etdiyi bir zamanda Ulu öndər  Heydər Əliyev Azərbaycan dövlətçiliyini yoxolma təhlükəsindən xilas edib, qısa zaman  kəsiniyində dünyanın  ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildi. Əgər zamanında Ulu Öndər  belə bir çox çətin prosesin altına girərək  məsuliyyəti üzərinə götürməsəydi, o zaman tamamilə fərqli situasiya yaranardı". Bunu "Olaylar"a açıqlamasında Milli Məcliisn deputatı Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə,  xalqın tələbi ilə yenidən hakimiyyətə gələn  müdrik, peşəkar dövlət xadimi Ulu öndər Heydər Əliyev  öz bacarığı ilə ən qısa zamanda  Azərbaycanı üzləşdiyi xaosdan, böhrandan, vətəndaş qarşıdurmasından xilas edib, siyasi  sabitliyi və   davamlı inkişafın əsasını qoydu. "Ulu öndərin liderliyi altında  düzgün müəyyən edilmiş inkişaf strategiyası  nəticəsində Azərbaycanı cəmi bir neçə ildən sonra  beynəlxalq aləmdə nüfuzlu və hörmət edilən ölkələrdən birinə çevrildi. Baxmayaraq ki, bu illər ərzində Azərbaycan çox ciddi xarici təhdidlərlə üz-üzə qaldı. Lakin Ulu öndərin peşəkarlığı, müdrikliyi nəticəsində  Azərbaycan bütün bu təhlükələri adlaya bildi". 
 Deputat əlavə edib ki, Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi istiqamətində genişmiqyaslı islahatlarla yanaşı, ciddi transmilli layihələr işlənərək həyata keçirilməyə başlandı: "Yürüdülən uğurlu çoxtərəfli diplomatiya, həyata keçirilən  meqalayihələr  nəticəsində Azərbaycan nəinki iqtisadi cəhətdən inkişaf edirdi, eyni zamanda müstəqilliyi dönməz xarakter almaqla  yanaşı, təhlükəsizliyinə  ciddi zəmanətlər yaradıldı. Ulu öndərin Azərbaycanın dünyanın güclü və qüdrətli  dövlətə çevrilməsi ilə bağlı həyata keçirə bilmədiyi  bütün planları isə onun  siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyev  reallaşdırdı. Ulu öndərin ən ağırılı problemi   havadaralırnın dəstəyi ilə Azərbaycan torpaqlaırnı işğal edən Ermənistanın  işğalına son vermək idi. Cənab Prezident  İlham Əliyevin  liderliyi altında Azərbaycan nəinki Ermənistanın işğalına son verib ərazi bütövlüyünü, suverenliyini bərpa etdi, həm də dünya erməniçiliyini məğlub etməklə beynəlxalq münasibətlər sistemində tamamilə yeni reallıqlar yaratmış oldu. 
Artıq Azərbaycan Avrasiya coğrafiyasının yeni  enerji dəhlizini müəyyən etməyib, həm də digər logistik dəhlizlərin qovşağına çevrilib.  Bütün bunlar isə cənab Prezident İlham Əliyevin qlobal çağırışlara zamanında çevik reaksiya verərək yürütdüyü  siaysət nəticəsində mümlün olub. Bunun nəticəsidir ki, bu gün artıq  Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi  yox, həm də regional və qlobal proseslərdə  ciddi oyunçu rolunda çıxış edən orta güc kimi qəbul edilir.  Bu gün Azərbaycan təkcə təmsil olunduğu bölgədə deyil. onun hüdudlarından daha geniş coğrafiyada ciddi təsir gücünə malik olan ölkə rolunda çıxış edir. Əminəm ki, Azərbaycan cənab İlham Əliyevin liderliyi altında hələ çox uğurlara və qələbələrə imza  atacaq. Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer alacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31