Cari ilin sonunadək Azərbaycanda logistikanın subsidiyalaşdırılması mexanizmi tətbiq olunacaq - Yusif Abdullayev

AZPROMO tərəfindən bu ilin sonuna qədər "Made in Azerbaijan" brendinin təşviqi çərçivəsində logistikanın subsidiyalaşdırılması mexanizmi tətbiq olunacaq.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayev bu gün Bakıda keçirilən Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hökumətə təqdim etdikləri sənəddə Azərbaycandan xaricə satılan məhsulların 70%-ə qədər təşviq verilməsi nəzərdə tutulur: "Ancaq Qarabağ və Şərqi Zəngəzur üzrə verilən imtiyazları biz düşünürük ki, bundan da artıq, hətta 100%-ə qədər tətbiq etmək olar".

"Təbii ki, bu, müddətli olacaq. İlkin mərhələdə 5 il, sonra isə yenə də 5 il uzatmaqla reallaşdırmaq istəyirik. Bu da Qarabağda fəaliyyət göstərən sahibkarların ixracına ciddi formada dəstək olacaq", - Y. Abdullayev vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31