Fransanın Cənubi Qafqazda sülhyönümlü siyasət yürütməsi qeyri-mümkündür- ÖZƏL
5 İyun 16:00 Siyasət"Ermənistan sözdə sülh bəyanatı versə də, əməldə tamamilə bunun əksini sübut etməkdədir. Müstəqil siyasət yürüdə bilməyən Ermənistan hər zaman olduğu kimi, yenə də baqa ölkələrin avantürası ilə bölgəni fərqli güclərin qarşıdurma məkanına çevirməyə çalışır. Fransanın Zəngəzurda Goris şəhərində konsulluq açması dediklərimizin bariz nümunəsidir". Bunu "Olaylar"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib: "Fransanın Gorisdə konsulluq açması əslində Ermənistanın marqlarına xidmət etmir. Bu, bölgədə maraqğı olan bir-birinə qarşı olan güclərin toqquşmasına yol açdığından ilk növbədə Ermənistan üçün ciddi təhdid yaradır. Çünki bu diplomatik nümayəndəlik deyil, bir casus yuvası olacaq".
Deputat əlavə edib ki, Fransanın Gorisdə konsulluq açması regionda çirkin və məkrli siyasi oyunlara xidmət edir: "Lakin artıq indidən əminliklə deyə bilərik ki, bu cəhd uğursuzluğa düçar olacaq. Tarix göstərir ki, əsrlər boyu Yaxın Şərq və Afrikada müstəmləkə siyasət yürüdən, öz imperialist maraqları üçün bu iki regionda yerli xalqları qanına qəltan edən və onları əsarət altında saxlayan Fransanın Cənubi Qafqazda sülhyönümlü siyasət yürütməsi qeyri-mümkündür. Bundan əziyyət çəkən tərəf Ermənistan olacaq. Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olub və bundan sonra da nail olacaq. Kimsə bunun qarşısını ala bilməyəcək".