Subaylıq andını pozan keşişin əlindən öpməyə dəyərmi?

Ermənistanda hakimiyyət-kilsə qarşıdurması getdikcə dərinləşir. İndi məlum olur ki, erməni keşişlərin əksəriyyəti gizli olaraq arvad saxlayırmışlar, bir çoxunun uşağı da var. "Olaylar" xəbər verir ki, Baş nazir Nikol Paşinyan bütün ermənilərin katalikosu II Qareginin yaxasından yapışıb ki, sən də şəxsən cavab ver: "subaylıq andını pozmusan, övladın var?" Parlamentin sədri Alen Simonyan isə deyib ki, kilsəyə gedən ermənilər keşişlərin əlini öpürlər. Amma subaylıq andını pozan keşişlərin əlləri haralara dəyir, nələrə toxunur - bunu təkcə Allah bilmir, artıq onlara da məlumdur. "Belə olan halda o əldən öpməyə dəyərmi?", - Simonyan soruşub..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31