Azərbaycan, Türkiyə və Pakistan üçlüyü bölgədə sülhün təminatçısıdır- ÖZƏL

"Azərbaycanın beynəlxalq siyasətdə dostluq və qardaşlıq münasibətlərinə böyük önəm verməsi heç kimə sirr deyil. Bu baxımdan, tarixi, mədəni və dini yaxınlıq, ortaq maraqlar və strateji tərəfdaşlıq zəminində qurulan Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan münasibətləri xüsusi önəm daşıyır. Hər iki ölkə ilə olan dostluq və qardaşlıq əlaqələri, yalnız diplomatik və iqtisadi sahələrdə deyil, həm də təhlükəsizlik, humanitar və mədəniyyət sahələrində sıx əməkdaşlıq şəklində özünü göstərir. Azərbaycan, Türkiyə və Pakistan üçlüyü bölgədə və dünyada sülhün və sabitliyin möhkəmləndirilməsində, habelə ortaq maraqların müdafiəsində güclü və əhəmiyyətli bir əməkdaşlıq nümunəsi kimi çıxış edir". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Azərbaycan-Türkiyə-Pakistan birliyi, əslində, tariximizin, mədəniyyətimizin və dinimizin dərin köklərinə söykənir. Üç ölkənin ortaq maraqları, bir-birinə olan sarsılmaz etibarı və birgə hərəkət strategiyası Cənubi Qafqaz və bütövlükdə Avrasiya regionunda güc balansını dəyişdirəcək əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin Laçında etdiyi bu çağırış, yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının gələcək inkişafının əsasını qoyan çağırış idi.
Laçında Prezident İlham Əliyevin dilindən səslənən "Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!" şüarı hər birimizin qəlbində əbədi yaşamalıdır. Bu birlik gücümüzdür, gələcəyimizdir və bölgədə sülhün təminatçısıdır. Beləliklə, Prezident İlham Əliyevin Laçında etdiyi bu tarixi çıxış, Azərbaycanın müstəqillik bayramının Laçında qeyd olunması ilə yanaşı, dost və qardaş ölkələrlə - Türkiyə və Pakistanla olan qardaşlıq və dostluq münasibətlərinin əbədi olaraq davam edəcəyini bir daha nümayiş etdirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31