Behbud Şahtaxtinski Orconikidzeyə məktubunda nə yazıb?- ÖZƏL
5 İyun 13:04 Siyasət"Zəngəzurun qərbinin Ermənistana verilməsindən hiddətlənən Türkiyə xadimlərindən biri Kazım Qarabəkir Paşa olub. O. Behbud Şahtaxtinski ilə 1920-ci ilin noyabr ayında Karsda görüşündə bu barədə belə deyib: "... Rusiya... Türkiyə və Azərbaycan əraziləri hesabına ermənilər üçün "Böyük Ermənistan" qurmağa çalışdı... Nəhayət, Rusiya, türklərin Rusiya ilə əlaqə saxladığı kiçik dəhlizi Ermənistan verdi. Bununla da Rusiya özünü böyük bir kütlənin gözündə düşürdü, inam və etibarını itirdi, Azərbaycanda dəhşətlər törətdi. Düşmənlər deyirlər, Rusiyadan kömək gözləmək lazım deyildir, qorxmaq lazımdır" . "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Qeyd edək ki, Behbud Şahtaxtinski bu barədə noyabrın 28-də Q.Orconikidzeyə məktubunda məlumat verirdi. Partiyanın bu barədə məxfi qərarı olsa da, o zaman hələ Zəngəzurun qərbinin Ermənistana verilməsi Xalq Komissarları Sovetinin sədri N.Nərimanov tərəfindən bəyan edilməmişdi".