Azərbaycan qoca qitənin enerji layihələrinin reallaşdırılmasında mühüm rol oynayır- ÖZƏL

"İyunun 2-də regionun enerji sahəsində mühüm hadisə kimi tarixə öz imzasını atan 30-cu Yubiley "Baku Energy Forum"un rəsmi açılış mərasimində Prezident cənab İlham Əliyev çıxışı zamanı bu gün Azərbaycanın sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkə olduğunu bildirərək, qeyd edib ki, Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir, tərəfdaşları ilə birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa edib. "Biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır." Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidentimiz cənab İlham Əliyevin söylədiyi bu fikirlər də təsdiq edir ki, müstəqil Azərbaycan Cənubi Qafqazın əsas söz sahibidir.
Azərbaycanın keçdiyi inkişaf yolu, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olduğu uğurlar sübut edir ki, enerji ehtiyatları ilə kifayət qədər zəngin olan Azərbaycan qoca qitənin enerji layihələrinin reallaşdırılmasında mühüm rol oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31