Tramp İrana nüvə silahı əldə etməyə də icazə verəcək?-Özəl

"ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişi deyil, təbii ehtiyatlarla bağlı saziş imzalamaq istəyir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazaə deyib: "ABŞ İranın neft-qaz sahəsində pay almağa çalışır. Əgər, İran  ABŞ-a neft-qaz sahəsindən pay verərsə, razılaşma olarsa, Donald Tramp İrana nüvə silahı əldə etməyə də icazə verəcək. Donald Trampın nüvə silahı deyil, iqtisadi maraqları önəmlidir. Donald Trampla Vladimir Putin arasında son  telefon danışığında Ukrayna deyil, İran məsələsi daha çox müzakirə edilib. İran rejimi öz müstəqilliyini Trampa güzəştə getməyi düşünmür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31