Baş nazir Əli Əsədov Düşənbəyə işgüzar səfər edib
4 İyun 15:04 Siyasətİyunun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistan Respublikasının Baş naziri Kohir Rasulzodənin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfər edib.
Olaylar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qeyd edilir ki, Düşənbə beynəlxalq hava limanında Ə.Əsədovu Tacikistan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Usmonali Usmonzoda və digər rəsmi şəxslər qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31