ABŞ Rusiyaya yeni sanksiyalar paketi hazırlayıb- ÖZƏL

"Rusiya -Ukrayna arasında İstanbulda ikinci raund danışıqlarda Kremlin təqdim etdiyi memorandum Ukraynanın kapitulyasiyasinı nəzərdə tutur. Rusiyanın bu memorandumu Ukraynanın bir dövlət kimi yox olması deməkdir. Təbii ki, Ukrayna bu kimi şərtləri qəbul edə bilməzdi". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "ABŞ-ın Ukraynaya hərbi yardımları başa çatıb. Ukrayna nümayəndə heyəti ABŞ - dadır. Proseslər onu göstərir ki, D. Tramp Ukraynaya hərbi yardımları davam etdirə bilər. Çünki, Ukrayna ilə "Mineral ehtiyatlarla" bağlı sazişin bağlanması Vaşinqtonun növbəti mərhələdə hərbi yardımları davam etdirilməsinə əsas yaradır. Artıq ABŞ Rusiyaya yeni sanksiyalar paketi hazırlayıb. Rusiya atəşkəsə getməyəcəksə, sanksiyalar tətbiq olunması istisna deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31