Hikmət Hacıyev Əfqanıstanın müvəqqəti işlər vəkili ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Məhəmməd Faysalı qəbul edib.

Olaylar.az xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüş zamanı siyasi, iqtisadi, ticarət və tranzit əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31