Erməni mediası: Paşinyan “sülh sazişi”ni imzalamağa hazırlaşır – ÖZƏL
4 İyun 11:49 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın anti-kilsə kampaniyası fonunda ictimai müqaviməti qıraraq Azərbaycanla sülh sazişini imzalaya biləcəyi barədə xəbər yayılıb.
"Qraparak" qəzeti yazır ki, bu sazişə 300 min azərbaycanlının Ermənistana qayıdışı və digər təhlükəli bəndlər daxil ola bilər. Nəşr qeyd edir ki, hökumət "Erməni Apostol Kilsəsi ilə münasibətlər haqqında" qanuna dəyişikliklər etməyi planlaşdırır və bu da Kilsənin daxili idarəetməsinə təsir edə bilər. Hakim "Vətəndaş Müqaviləsi" partiyasının bəzi üzvləri isə bu təşəbbüslərin arxasında Paşinyanın daha ciddi və təhlükəli planlarının olduğunu düşünür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31