Azərbaycanın enerji siyasəti yalnız iqtisadi strategiya deyil, həm də dövlətçilik fəlsəfəsidir- ÖZƏL
4 İyun 11:29 Siyasət"Azərbaycanın enerji sahəsində qazandığı uğurları yalnız iqtisadi deyil, həm də siyasi və diplomatik uğurdur. Hər bir saziş, sərmayə, ixrac müqaviləsi-Azərbaycanın suverenliyini, regional liderliyini və qlobal etimadını gücləndirən addımlardır". "Olaylar" xəbər verir ki, bunu YAP Tərtər rayon təşkilanın sədri Eldar Əsədov deyib: "Bu baxımdan, Azərbaycanın enerji siyasəti hazırda regional sabitlik yaradan, tərəfdaşlığı dərinləşdirən və bəşəriyyətin enerji keçidini rasional əsaslarla dəstəkləyən bir strateji modelə çevrilib. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi strategiya deyil, dövlətçilik fəlsəfəsidir. Bu fəlsəfə müstəqilliyin qorunması, sosial rifahın təmin edilməsi, qlobal miqyasda söz sahibi olmaq və regional sabitliyə töhfə vermək üzərində qurulub.Azərbaycan bu gün nəinki enerji ixrac edən bir ölkədir, o, enerji ilə qlobal sabitliyin və əməkdaşlığın memarlarından birinə çevrilmişdir. Enerji sahəsində başlanmış yol Möhtərəm Prezidentimizin uzaqgörən siyasəti nəticəsində Azərbaycanı nəinki iqtisadi, həm də diplomatik baxımdan yeni zirvələrə aparmaqdadır".