Bakı Enerji Forumunun ikinci günü öz işinə başlayıb
4 İyun 2025 10:00 SiyasətBakıda 30-cu yubiley Bakı Enerji Forumunun (Baku Energy Forum) ikinci günü öz işinə başlayıb.
Olaylar.az xəbər verir ki, Forum 30-cu Bakı Enerji Həftəsi (Baku Energy Week) çərçivəsində keçirilir.
Həftənin tərkibinə həmçinin 30-cu yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - Caspian Oil and Gas, eləcə də 13-cü Xəzər Beynəlxalq Enerji və Yaşıl Enerji Sərgisi - Caspian Power daxildir.
Qeyd edək ki, builki Bakı Enerji Həftəsində 39 ölkədən 267 şirkət iştirak edir. İştirakçıların coğrafiyası Avropa və Yaxın Şərqdən tutmuş Asiya və Afrikaya qədər bütün enerji landşaftını əhatə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31