Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə imzalanan Anlaşma Memorandumu təsdiqləndi
3 İyun 17:22 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Olaylar xəbər verir ki, sənədə əsasən, 2023-cü il avqustun 1-də Bakı şəhərində və sentyabrın 8-də Monreal şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu" təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31