Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq-bərpa işləri icra edilir- ÖZƏL
3 İyun 15:24 Siyasət"Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın-köçkün həyata yaşamağa məhkum edilib". "Olaylar" xəbər veir ki, bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib: "Cənab Prezident Laçında keçirilən Zirvə toplantısında çıxışı zamanı bu amilləri bir daha bəyan etdi: "Xalqımiz bu işğal faktı ilə heç vaxt barışmayıb və özünün ərazilərini bir gün Ermənistanın işğalından qurtaracağına olan ümidini itirməmişdi". Bunun üçün Azərbaycan dövləti strateji yol xəritəsi müəyyən edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız yumruq kimi birləşərək tarixi ədaləti bərpa etməyə nail oldu. 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə suverenliyini tam təmin etməyə nail oldu. Nəticədə 30 il Ermənistanın işğalında olan və barbarcasına viran edilən ərazilərimiz azad edildi. Bu gün isə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq-bərpa işləri icra edilir ki, bunun nəticəsi olaraq keçmiş qaçqın və məcburi köçkünlərin ardıcıllıqla öz ata-baba ocaqlarına geri dönüşü təmin edilir. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrində 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar".