İpoteka kreditləşməsi ilə bağlı siyasət dəyişməlidir-Təklif

"Azərbaycanda ipoteka kreditləşməsi ilə bağlı siyasəti dəyişmək lazımdır". "Olaylar" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib: "2005-ci ildə neft gəlirlərin artdığı bir dövrdə Azərbaycan İpoteka Fondunun yaradılması mühüm hadisə oldu. Ötən 20 ildə 54 mindən çox ailə dövlətin yardımı ilə mənzilə sahib olub. Həmin siyasətin maliyyə tutumu 3,5 milyard manat təşkil edir. Təkcə ötən il kredit alanların 3 000 min nəfərə yaxını dövlət qulluqçularıdır. Sonrakı yerləri Daxili işlər orqanlarında xüsusi rütbəli şəxslər - 1 800-dən bir qədər çox və 1 754 müəllim tutur. Lakin Fondun verdiyi kreditlərin coğrafiyası dərc olunsaydı görərdik ki, onların 90 %-i Bakı və Abşeron yarımadasının payına düşür. Səbəb ipoteka şərtlərinə uyğun kontingentin sözügedən ərazidə yaşadığı göstərilir. Halbuki sirli dairədən çıxmağın yolları var. Rayonlarda başa gələn mənzil və evlərin qiyməti aşağı olduğu üçün, ipoteka siyasətini dəyişmək-paytaxtdan bölgələrə yönəltmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31