2024-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsi birinci oxunuşda qəbul edilib
3 İyun 13:02 SiyasətMilli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. "Olaylar"ın xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37161,8 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 2,1 faiz çox, dövlət büdcəsinin xərcləri 37713,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 6,1 dəfə az olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31