“Elm və təhsilə dair strategiyanın hədəflərinə nail olunmayıb"-Deputat

"Azərbaycanda 10 il qabaq qəbul edilmiş elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib:

"Dövlət büdcəsində elm xərclərinin payı 0,5 %, təhsil xərclərinin payı isə 3,5 % təşkil edir. Strategiyada hədəf qoyulmuşdu ki, 2020-ci ilə qədər elmə ayrılan vəsait ÜDM-in 5-6 %-nə çatdırılsın, indi isə bu göstərici təxminən 2 dəfə aşağıdır. Eyni zamanda təhsil sahəsində çalışanların əməkhaqlarının ölkə üzrə orta maaşdan çox olması hədəflənirdi ki, hazırda bu göstərici də aşağıdır. Deməli, strategiyada qarşıya qoyulan hədəflər icra edilməyib".

Deputat deyib ki, Azərbaycanın öz əhalisindən 2 dəfə çox insanı yedirmək və geyindirmək potensialı var: "İstehsalımızın hesabına həm daxili tələbat qarşılana, həm də bir neçə milyard dollarlıq kənd təsərüffatı məhsulları ixrac edilə bilər. İşğaldan azad edilmiş torpaqların hesabına bizim bu sahədə potensialımız azı 1/3 dəfə artıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31