"Enerji təhlükəsizliyində 30 il: Bakı Enerji Həftəsi Azərbaycanın qlobal rolunu gücləndirir"- ÖZƏL
3 İyun 2025 12:32 SiyasətPrezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin 30-cu yubiley tədbirinin açılışı münasibətilə iştirakçıları təbrik edib. O bildirib ki, bu tədbir enerji sahəsində nailiyyətlərin təqdimatı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün mühüm platformadır. Əsas prioritetlər kimi enerji təhlükəsizliyi, yaşıl enerji və işğaldan azad olunmuş ərazilərin "yaşıl zona" kimi inkişafı vurğulanıb.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında bildirib ki, Azərbaycan enerji təhlükəsizliyinin təminində qlobal liderliyini möhkəmləndirir:
"Azərbaycan çox qlobal proseslərin gerçəkləşməsində aktiv rol oynayır. Təhlükəsizlik, terrorizmə qarşı mübarizə, dünyada sülh və sabitliyin möhkəmləndirilməsi və.s. Bunlardan biri də enerji sahəsində olan məsələlərlə bağlıdır və artıq 30-cu tədbir keçirilir.
Artıq 30-cu yubiley tədbiri keçirilir və enerji təhlükəsizliyi, onun şaxələndirilməsi, yaşıl enerjiyə keçid ilə bağlı çox böyük nəticələr əldə olunub. Rəqəmsal sahə də bu prosesdə çox ciddi şəkildə rol oynayır. Bu tədbirdə Prezident İlham Əliyevin iştirakı və çıxışı bunu sübut etdi və hesab edirəm ki, bu böyük potensiala malik tədbirdən sonra aparılan müzakirələr nəticəsində çox ciddi nəticələr əldə etmək mümkün olacaq".
Zeynəb Mustafazadə