Azərbaycanın 125 dövlətdən 23-cü yeri tutması böyük uğurdur- ÖZƏL

"Büdcənin şəffaflığı onun icrasına müsbət təsir edən amildir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Beynəlxalq Büdcə Təşkilatının hesabatında Azərbaycanın 125 dövlətdən 23-cü yeri tutması böyük uğurdur. Büdcədə işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq prosesinə kifayət qədər vəsait ayrılıb. Şərqi Zəngəzurda hər cür beynəlxalq uçuşu qəbul edə biləcək iki aeroportun tikilməsi bunun bariz nümunəsidir. Bu ərazilərdə konsulluq açmaq istəyənlər nəhayər bu inkişafı qəbul etməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31