Ötən ilin dövlət büdcəsinin icrası qənaətbəxş olub- ÖZƏL

"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə hesabat büdcə qanunvericiliyinə uyğun olaraq vaxtında və məzmunlu hazırlanıb". "Olaylar" xəbər verir ki, bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib: "Hesabata informatik və anakitik məzmun verilib. 2024-cü ilin büdcəsi ölkənin dayanıqlı iqtisadi inkişafına təminat verir. Prezident İlham Əliyevin müxtəlif illərdə dövlət büdcəsilə bağlı sələndirdiyi fikirlər nəzərə alınıb. Konseptual xarakterli fikirləri hesabatda özünü büruzə verir". 

Komitə sədri qeyd edib ki, büdcənin icrası ilə bağlı parlament qarşısında hesabat elə büdcənin icrasına nəzarət mexanizmini təşkil edir. Bu, həm də şəffaflığın təmin olunmasına şərait yaradır. Büdcə sistemindəki zəif bəndlərin aradan qaldırılması məqsədilə töhvələr verilir:  "Ötən ilin büdcəsi dürüstləışdirilimiş büdcədir. Bunu artan maliyyə gəlirləri şərtləndirib. Ona görə 2024-cü ilin büdcəsi artan büdcə kimi qıbul olunur. Büdcə dünyada münaqişə, ticarət məhdudiyyətləri, sanksiyaların tətbiqi şəraitində hazırlanıb. Buna baxmayaraq ölkə büdcəqinin gəliri qənaətbəxş olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31