Bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi qaydası hazırlanacaq
2 İyun 16:21 SiyasətPrezident İlham Əliyev "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə" qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişikliyi təsdiqləyib.
Olaylar.az xəbər verir ki, bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi qaydası hazırlanacaq.
Nazirlər Kabineti bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının, həmin məhsulların ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31