“Pakistan dünyanın aparıcı ölkələrindən biridir”— ÖZƏL

Pakistanın qətiyyətli mövqeyi və nüvə dövləti statusu bu ölkəni regionun əsas güclərindən birinə çevirib. Onun Hindistana verdiyi siyasi cavablar və beynəlxalq məsələlərdə tutduğu mövqe diqqətdən yayınmır.
Pakistanın geosiyasi gücü və nüvə dövləti olması bu ölkənin Azərbaycanla strateji tərəfdaşlığında hansı üstünlüklər yaradır?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib ki, "Pakistan dünyada öz mövqeyi və potensialı ilə seçilən dövlətlərdəndir və bir nüvə dövləti olaraq Pakistan hərbi qüdrətinə görə də dünyanın ən güclü ordularından birinə sahib olan ölkədir. Bu ölkə öz hərbi gücünü son Pakistan-Hindistan toqquşmasında da nümayiş etdirdi və faktiki olaraq Hindistan Pakistandan gözlənilmədiyi bir zərbəni aldı, deyə bilərik.Belə bir dövlətlə Azərbaycanın hərbi, həm tarixi, həm mənəvi, həm mədəni, həm də siyasi baxımdan əlaqələri çox vacibdir. Və nəzərə alsaq ki, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan və onu davamlı şəkildə və qətiyyətlə dəstəkləyən bir ölkədir, bu münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi təbii və zəruridir.Azərbaycan xalqı Pakistanın Azərbaycan torpaqlarının işğaldan azad olunmasında verdiyi dəstəyi hər zaman minnətdarlıqla xatırlayır. Pakistanla bizim əlaqələrimizin inkişafı, qeyd etdiyimiz kimi, bütün mənalarda bizim faydamızadır. Bu, həm enerji, nəqliyyat, logistika, ticarət, turizm, hərbi, texniki əməkdaşlıq və hərbi əlaqələr baxımından çox vacibdir.Və nəzərə alsaq ki, son illər bizim aramızda hərbi-texniki sahədə əməkdaşlıq ciddi şəkildə inkişaf etməkdədir və Azərbaycan, Pakistan-Çin istehsalı olan JF-17 təyyarələrinin alıcılarından biridir, bu da bu sahədə əməkdaşlığın dərinliyini göstərir.Son Şuşa və Laçında keçirilən zirvə toplantısında da bu münasibətlərin bundan sonra da qətiyyətlə davam etdiriləcəyi bir daha bəyan edildi.Bir daha qeyd edək ki, Pakistan dünyanın aparıcı ölkələrindən biridir. Həm yerləşdiyi strateji mövqeyinə görə çox önəmlidir, həm də Şimal-Cənub nəqliyyat dəhlizində önəmli bir bağ təşkil edir.Bu baxımdan bizə, dünyadakı türkdilli və güclü dövlətlərlə yanaşı, ən yaxın və etibarlı ölkələrdən biri Pakistandır desək, yanılmarıq." 

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31