“Türkiyə mütləq şəkildə diqqətə alınacaq qlobal gücdür”— ÖZƏL

Türkiyə artıq təkcə bölgə deyil, qlobal güc kimi çıxış edir. Siyasi, hərbi və iqtisadi sahədə qazandığı uğurlar onun beynəlxalq nüfuzunu artırır. Azərbaycanla olan münasibətlər bu gücün Cənubi Qafqazda da hiss olunmasına səbəb olur.
Türkiyənin artan gücü və qlobal səviyyədəki mövqeyi Azərbaycanla münasibətlərə necə təsir göstərir?

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib ki, "Türkiyə hər şeydən öncə dünyanın bir nömrəli qlobal gücü olan ABŞ-ın bölgəmizdəki bir nömrəli tərəfdaşıdır. Bu, çox vacib faktordur. Çünki burada ABŞ hər hansı bir iş görmək istəyəndə, mütləq Türkiyə üzərindən bunu həyata keçirməlidir.İkincisi, Türkiyə Yaxın Şərq, Güney Qafqaz və Orta Asiya üçün artıq kilid ölkə halına gəlib. Yəni, Qardaş Türkiyə bu bölgə ilə bağlı bütün proseslərdə bu və ya digər şəkildə mütləq iştirak edir. Eyni zamanda üçüncü tərəflər də bu bölgə ilə bağlı hansısa addım atmaq istədikdə, mütləq Türkiyənin mövqeyini nəzərə alırlar.Təbiidir ki, Güney Qafqazda Türkiyənin yaxın tərəfdaşı olan Qardaş ölkə Azərbaycanla birlikdə hərəkət etməsi də diqqətdən yayınmır. Bütün dünyada belə qəbul edirlər ki, Türkiyə Güney Qafqazda məhz Azərbaycan üzərindən fəaliyyət göstərir. Çünki Azərbaycan Türkiyəni özününki sayır, Türkiyə də Azərbaycanı özününki sayır.Yəni, biz bir-birimizdən ayrı deyilik. Dünya da bu gerçəyi qəbul edir.Orta Asiyada da bu vəziyyət getdikcə yaxşılaşır. Artıq Orta Asiya ilə bağlı da dünyada Türkiyənin əsas söz sahibi olduğu reallığını daha çox qəbul etməyə başlayırlar.Ona görə də bizim bölgəmizlə - Yaxın Şərq, Güney Qafqaz və Orta Asiya ilə - bağlı baş verən gəlişmələrdə Türkiyə mütləq şəkildə diqqətə alınacaq qlobal gücdür.Bununla yanaşı, Rusiyanın Ukraynaya təcavüzü və torpaqlarını işğal etməsi fonunda başlayan Rusiya-Ukrayna müharibəsində də Türkiyə yenə də güvəniləcək üçüncü tərəf kimi nəzərə alınır.Həm ABŞ, həm də Avropa Birliyi Türkiyənin gücündən bu məsələdə də istifadə etmək istəyir və Türkiyə də əlbəttə ki, öz xoş məramlı missiyasından heç vaxt geri çəkilməyib, çəkilməyəcək də.Yəni, demək istədiyimiz odur ki, Qardaş Türkiyə hər keçən gün daha da güclənir, qüdrətlənir və əlbəttə ki, bu da elə Azərbaycanın güclənməsi deməkdir." 

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31