“Müstəqil Azərbaycan bütün bu ülvi məqsədlərin hamısının əsasını təşkil edir”— ÖZƏL

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümündə keçirilən bu görüş tarixlə bu günün harmoniyasını ifadə edir. Belə bir gündə dost ölkələrin Azərbaycana dəstək verməsi həm simvolik, həm də siyasi baxımdan dərin məna daşıyır.

Laçın görüşünün məhz 28 Mayda - Respublika Günündə keçirilməsi hansı simvolik və diplomatik mesajları özündə daşıyır?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib ki,"Biz bilirik və atılan son addımlardan da görürük ki, Azərbaycan coğrafi mövqeyinin ona verdiyi üstünlükləri maksimum şəkildə siyasi üstünlüklərə çevirməyi hədəfləyir və bu istiqamətdə ciddi addımlar atılır.Nədir bu? Azərbaycan Şərqlə Qərbin kəsişməsində, həmçinin Şimalla Cənubun kəsişməsində yerləşir və belə strateji nöqtədə yerləşməsi ilə bərabər Azərbaycanın ciddi enerji resursları var, təbii ehtiyatları var.Bu təbii ehtiyatlar - ağ neftdən tutmuş qara neftə qədər - bir çox sahələri əhatə edir və həm Azərbaycan iqtisadiyyatının şaxələnməsinə, həm də onun iqtisadi, eləcə də siyasi cəhətdən bir güc halına gəlməsinə səbəb olur.Ən əsası isə qeyd etdiyimiz kimi, Azərbaycan Şərqlə Qərbi birləşdirir. Şərqlə Qərbi birləşdirir deyəndə, bu təkcə dünya dövlətlərini əhatə etmir, həmçinin Türk dünyasını birləşdirir, müəyyən mənada parçalanmış olan İslam dünyasını da bir araya gətirir.Məsələn, Pakistan kimi bir ölkənin, İranın apardığı bölücülük siyasəti fonunda, Türkiyə ilə və digər müsəlman coğrafiyaları ilə birləşməsinə də zəmin yaradır, Mərkəzi Asiya türkləri ilə Anadolu türklərini birləşdirir.Bütün bu birliklərin fonunda Azərbaycanın müstəqil və suveren olması və müstəqil xarici siyasət yürüdərək Türk-İslam coğrafiyasını birlik və xətt şəklində bir siyasi istiqamətə doğru aparması çox önəmlidir, çox vacibdir.Mənə elə gəlir ki, gələcəyin dünyasında yeni dünya düzəni formalaşır və həm İslam dünyasının, həm də Türk dünyasının - ya birlikdə, ya da ayrı-ayrılıqda - güc mərkəzinə çevrilməsi üçün bu birlik və xətt çox önəmlidir.
Bax, burada bayaq qeyd etdiyimiz kimi, müstəqil Azərbaycan bütün bu ülvi məqsədlərin hamısının əsasını təşkil edir.Bu bir zəncirdirsə, onun ən vacib halqası rolunu oynayır və bu ən vacib halqanın qırılmaması, müstəqil, suveren qalması bu xüsusda çox önəmlidir.Və 28 May Azərbaycanın müstəqilliyini simvolizə edir. Ona görə də belə vacib bir görüşün məhz Müstəqillik Gününə salınması əslində dünyaya, həm dostlara, həm də düşmənlərə açıq bir mesaj kimi dəyərləndirilməlidir."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31