Laçında nüfuzlu tədbirin keçirilməsi böyük rəmzi məna daşıyır- ÖZƏL
2 İyun 13:57 Siyasət"Bir neçə gün əvvəl dünya ictimaiyyəti Azərbaycan-Türkiyə-Pakistan qardaşlığına, dosluğuna şahidlik etdi. Azərbaycanın Müstəqillik Günündə, Şərqi Zəngəzurda, ölkəmizin dilbər guşəsi Laçında Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü qardaş dövlətlər arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürü oldu". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Bir neçə gün əvvəl beynəlxalq aləm daha bir nüfuzlu tədbirin - üçtərəfli Zirvə görüşünün yüksək səviyyədə həyata keçməsinə şahidlik etdi. Uğurlu keçən Zirvə görüşü hər üç qardaş ölkənin birlryinin, həmrəyliyinin növbəti dəfə nümayişi idi.
Son illər Xankəndidə, Şuşada, Ağdamda, Suqovuşanda, Laçında mötəbər tədbirlərin, el şənliklərinin, musiqi festivallarının, idman yarışlarının keçirilməsi "Qarabağ Azərbaycandır!" reallığının dünyaya mesajıdır. Dünyanın diqqətinin yenidən Azərbaycanın işğaldan azad edilmiş ərazisinə yönəlməsi heç də təsadüfi deyildi. 30 il ərzində işğal altında qalan Laçın şəhərində belə bir nüfuzlu tədbirin keçirilməsi böyük rəmzi məna daşıyırdı".