Yırtıcıların Zəngəzura belə diqqət yetirmələri qətiyyən hayların maraqları ilə bağlı deyil- ÖZƏL

"Yırtıcıların Zəngəzura niyə belə diqqət yetirdikləri onların təqdim etməyə çalışdıqları kimi qətiyyən hayların maraqlarını güdmələri ilə bağlı deyil. Hindistan nəşrlərindən birinin yazdığı kimi onları narahat edən region üzərində kontrolun tək Güney Qafqazda yox, onun sərhədlərindən çox-çox uzaqlardakı proseslərə də təsirsiz ötüşməyəcəyidir. Ermənistanın özünə gəldikdə,   oranın parlamentinin spikeri Alen Simonyan soydaşlarına Azərbaycanla heç bir savaş gözlənilmədiyini, sülh olacağını bildirərək qarşılıqlı ticarətə hazır olmağa çağırır. Onun Köçəryan-Sərkisyan cütlüyünün tərəfdarlarını həm də ağır təhqirlə dolu bu açıqlaması adamın yadına "qız evində toydur, oğlan evinin xəbəri yox" məsələni, yaxud da lotereya almayıb Allahdan ona avtomobil udmasında kömək göstərməyi diləyən haqdakı lətifəni salır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bildirib ki, bizim sırf beynəlxalq hüquqa dayanan iki tələbimiz yerinə yetirilmədiyi təqdirdə hər hansı sülh anlaşması mümkün deyil. Amma nə Paşinyanın, nə də içi Simonyan qarışıq komandasındakıların açıqlamalarında onların buna hazır olduqlarını göstərən nəsə yoxdur. Əksinə, həmən komandadakılardan birinin İrəvan merinin "Qarabağın azadlığı uğrunda canından keçənlərin xatirəsinə" park salınacağını bildirməsi onların da kobud şəkildə söydükləri və təhqir etdikləri keşişlər, köçəryanlar, sərkisyanlar kimi revanşist hislərlə yaşadıqlarını göstərmirmi? 
Beləliklə, Ermənistan hakimiyyətinin sülh ritorikasını daha da artırması seçkiqabağı kampaniya təsiri bağışlasa da, hər halda "Qarabağ Ermənistandır" hayqıran Paşinyan və ondan bir il qabaq, yəni 2018-ci ildə Ağdamda əlində nar şəkil çəkdirib "Akna Ermənistandır" yazan Simonyanda bu cür transformasiyanın baş verməsi müsbət haldır və seçki ilə yanaşı bunun başqa səbəbi də var. Şərqi Zəngəzurda hər cür təyyarənin enə bildiyi ikinci hava limanının da istifadəyə verilməsi və Laçındakı üçlü Zirvə də göstərdi ki, Ermənistana sülhdən başqa ayrı yol buraxılmır. Mən bunu ona görə belə qətiyyətlə deyirəm ki, ayrı yolla getmək istəsələr, onda da Ermənistan olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31