Xankəndidə Forum keçirilir

Xankəndidə Qarabağ Universitetində "Gələcəyin Qarabağı üçün birgə addımlar" konsept mesajı ilə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, forumda Elm və təhsil naziri Emin Əmrullayev və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi  nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər. Forum çərçivəsində "Böyük Qayıdış: Çağırışlar və imkanlar", "Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları" adlı iki panel də  keçirilir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək, işğaldan azad olunmuş ərazilərimizdə əhalinin doğma ata-baba yurdlarına qayıtması üçün böyük layihələrin həyata keçirildiyindən danışıb. Burada həm dövlət, həm də özəl sektorun əməkdaşlarınln iştirak etdiyini deyib. Böyük Qayıdış dövlət proqramı çərçivəsində keçmiş məcburi köçkünlər, doğma torpaqlarına mərhələli şəkildə köç edir. E. Yusubovun sözlərinə görə, artıq Ağdərə rayonunun Talış və Suqovuşan kəndlərinə, Xocalı şəhəri və Ballıca kəndinə köç olub. Ümumilikdə bu ərazilərə 2600- dən çox ailə köçürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31