Uşaqların törətdikləri cinayətlərin sayının artması ciddi narahatlıq doğurur
30 May 12:44 Siyasət"Bu gün boşanmaların, uşaqların törətdikləri cinayətlərin sayının sürətlə artması ciddi narahatlıq doğurur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib. Deputat qeyd edib ki, ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb: "Ailə institutunun güclənməsi üçün ciddi addımlar atmalıyıq. Bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir. Hesab edirəm ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb. Bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətin vəbalına da şərikdir. Necə olur ki, bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir?".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31