Düşmənin havadarlarının etiraz və təzyiqləri heç bir nəticə vermədi - ÖZƏL
30 May 12:01 Siyasət"2016-cı ilin Aprel döyüşləri bütün dünyaya sübüt etdi ki, Azərbaycanın öz tarixi torpaqlarını azad etmək üçün güclü ordusu, ən müasir silahları, qəhrəman dövlət başçısı başda olmaqla xalqla hakimiyyətin sarsılmaz birliyi mövcuddur". "Olaylar" xəbər verir ki, bunu YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib: "Aprel döyüşləri göstərdi ki, düşmən ordusu haqqında yazılanlar uydurmadan başqa bir şey deyildir. Vətənini sevən, onun üçün canını verməyə hazır Azərbaycan əsgəri, illər idi ki, Ali Baş Komandanın əmrini həsrətlə gözləyirdi. Ali Baş Komandan siyasi qərarını qəbul etdi, Vətəni qorumaq üçün yetişdirdiyi əsgəri 44 gün ərzində düşməni darmadağın etdi. Düşmənin havadarlarının etiraz və təzyiqləri heç bir nəticə vermədi. Vətən torpağı üçün ölüm-dirim müharibəsinə girən Azərbaycan əsgərini heç bir güc saxlaya bilməzdi və saxlaya bilmədi. Düşmən danışıqsız kapitulyasiya aktını imzaladı. İllərlə düşmən işğalı altında qalan torpaqlarımız azad olundu. Cümhuriyyətin əmanəti üçrəngli bayrağımız hazırda Azərbaycanın bütün bölgələrində şərəflə dalğalanır. Əvvəlki illərdən fərqli olaraq biz artıq 2021-ci ildən "Müstəqillik günü"nü qalib ölkənin vətəndaşları kimi qeyd edirik".