A. Simonyan: “Ermənistan və Azərbaycan sülh şəraitində birgə yaşayacaq, ticarət edəcək” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan 29 may tarixində Telegram kanalında paylaşım edərək bildirib ki, gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh bərpa olunacaq, iki ölkə bir-biri ilə ticarət edəcək və xalqlar birgə yaşayacaq.

"Bizim bazarlarda azərbaycan məhsulları, onların bazarlarında isə erməni məhsulları olacaq. Necə ki, əvvəllər olduğu kimi, ermənilər və azərbaycanlılar yanaşı yaşayacaqlar. Bunu qəbul edin", - deyə Simonyan qeyd edib.

O, həmçinin bildirib ki, azərbaycanlıların onun "ermənilər bir gün Bakıya qayıtmalıdır" fikrinə sərt reaksiya verməsi təəccüb doğurur və bu reaksiyanın əsasən Qarabağdan qaçmış sabiq məmurlar və radikal qruplar tərəfindən verildiyini vurğulayıb.(?)

"Əgər Qarabağ erməniləri öz evlərinə qayıtmaq istəyirlərsə, Sumqayıt və Bakı hadisələrində evlərini itirmiş ermənilər niyə geri dönmək hüququndan məhrum olmalıdır?" - deyə o sual edib.

Simonyan əlavə edib ki, Ermənistan gələcəkdə nə Azərbaycanla, nə də Türkiyə ilə ticarət etməməlidir deyənlər ya cahildirlər, ya da düşmənin təsiri altındadırlar: "Ermənistanla Azərbaycan arasında sülh olacaq, müharibə yox, məhz sülh".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31