“Ermənistan və Türkiyə münasibətlərin normallaşmasından fayda götürəcək” – Ərdoğan – ÖZƏL
29 May 15:37 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ermənistanla münasibətlərin normallaşması prosesi hər iki ölkəyə fayda verəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
"Biz Ermənistanla münasibətlərin mərhələli şəkildə normallaşması prosesindən keçirik. Sülh əldə edildikdən və münasibətlər normallaşdıqdan sonra ölkələrimizin bundan fayda görəcəyi aydın olacaq", - deyə Ərdoğan vurğulayıb.
O əlavə edib ki, Türkiyə İrandan da Zəngəzur dəhlizi ilə bağlı atılan addımlara dəstək gözləyir. Bu addımlar bölgədə sülhə, sabitliyə və inkişafa xidmət edəcək.
Ərdoğan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına da toxunaraq qeyd edib ki, Ankara bu prosesə lazımi töhfəni verir və sülh artıq üfüqdə görünür.