“O, daha çox soyuq müharibə zehniyyətinə əsaslanır”— ÖZƏL

Doğu Perinçək "Globalinfo"ya müsahibə verib. O, NATO-nun planlarından, PKK ilə bağlı son vəziyyətdən və türk dünyasının gələcəyindən danışıb.

Doğu Perinçək NATO-nun Türkiyəyə qarşı gizli fəaliyyətlər apardığını və bunun konkret hərbi təlimlərlə müşayiət olunduğunu deyir. Sizcə, bu iddialar nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib ki, "Mən düşünmürəm ki, Doğu Perinçəkdə hansısa bir reallıq var. Onun dedikləri bir çox zaman məncə konspirologiyalara əsaslanır.Yəni o, daha çox soyuq müharibə zehniyyətinə əsaslanır. NATO o vaxt fərqli ölkələrdə, üzv ölkələrdə gizli proqramlar həyata keçirirdi.Məsələn, İtaliyada "Gladio" proqramı var idi. Məqsəd həmin ölkələrdə 5-ci kolon yaradaraq, öz şəbəkəsini quraraq Sovet İttifaqının orada güclənməsinin qarşısını almaq idi.Türkiyədə də NATO-nun buna bənzər bir proqramı var idi və hətta bəzi iddialara görə NATO-nun 5-ci kolonu 1960-80 illərdə Türkiyədəki çevrilişlərdə müəyyən rol oynamışdı.O vaxt, bilirsiniz, 1960-cı ildə Türkiyədə çevriliş edənlər - bir çoxu Amerikada hərbi təlim keçmiş şəxslər idi.Bilirsiniz, o dövrdə NATO-nun belə bir qorxusu var idi ki, üzv ölkələr - xüsusən də Türkiyə - Sovet İttifaqının təsiri altına düşə bilər.Orada kommunizmə meyil, xüsusilə də gənclər arasında sürətlə artırdı.Amma hal-hazırda NATO-nun belə bir qorxusu yoxdur.Hazırda Türkiyə NATO üçün əvvəlkindən də daha çox strateji və hərbi baxımdan əhəmiyyətlidir, xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda.Rusiya ilə Türkiyə arasındakı müsbət əlaqələr NATO-nu müəyyən qədər narahat edə bilər, amma bu, NATO-ya Türkiyəyə qarşı hər hansı addım atmaq üçün əsas vermir.Bunun baş verəcəyini mən düşünmürəm.Əksinə, ABŞ-Türkiyə arasındakı isti münasibətlər düşünürəm ki, Türkiyənin NATO-dakı mövqeyinə müsbət təsir edəcəkdir."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31