Azərbaycan dövləti və xalqı AXC qurucularının xatirəsini əziz tutur- ÖZƏL

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev  Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, onların fəaliyyətinə  hər zaman yüksək qiymət vermişdir". "Olaylar" xəbər verir ki, bunu YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov deyib: "Ulu öndərin "28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünkü 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur" deməsi bunun bariz nümunəsidir.
Bu gün Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu möhtəşəm  siyasi kursu zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirir. Dövlətimizin başçısı Azərbaycan Xalq Cümhuriyyətnin qurucularının müstəqillik uğurda apardıqları mübarizəni, 23 ay ərzindəki fəaliyyətini olduqca yüksək qiymətləndirir.
Prezident İlham Əliyevin Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması haqqında imzaladığı sərəncam, 2018- ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi, "Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır" fikirləri bunun bariz nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31