İlham Əliyevin siyasəti bu günümüzün fəxarət mənbəyi, sabahımızın mayakıdır- ÖZƏL

"Azərbaycan Cümhuriyyətinin qarşısına qoyduğu, amma reallaşdıra bilmədiyi bütün planlarını Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin hakimiyyəti dövründə bugünkü müstəqil Azərbaycan Respublikası reallaşdırdı". "Olaylar" xəbər verir ki, bunu YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib: "Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bugünkü müstəqil Azərbaycanı görmək arzusunda olan, amma bu günü görə bilməyən Ulu Öndər Heydər Əliyevin, eyni zamanda cümhuriyyət liderlərinin ruhları şaddır. Azərbaycanı məğlub dövlətdən qalib dövlətə, xalqımızı məğlub xalqdan qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti yüzillik problemlərimizi aradan qaldıran, bu günümüzün fəxarət mənbəyi və sabahımızın mayakıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31