AXC-nin siyasi və mənəvi irsi həm də gələcəyə aparan yol xəritəsidir- ÖZƏL

"Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev də AXC irsinin qorunmasına xüsusi önəm verir". "Olaylar" xəbər verir ki, bunu YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib: "2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması, İstiqlal Bəyannaməsi abidəsinin ucaldılması və AXC parlamentinin fəaliyyət göstərdiyi binanın tarixi abidə kimi bərpası buna sübutdur. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq ruhunun, dövlət quruculuğu iradəsinin və demokratik düşüncəsinin bariz nümunəsidir. Qısa müddət ərzində həyata keçirilmiş islahatlar, qurulmuş institutlar və qazanılmış beynəlxalq tanınma bu dövlətin tarixi əhəmiyyətini daha da artırır. Müstəqil Azərbaycan bu gün AXC-nin ideallarına sadiq qalaraq, onun qoyduğu təməllər üzərində güclü və müasir bir dövlət kimi inkişaf edir. AXC-nin siyasi və mənəvi irsi yalnız keçmişin mirası deyil, həm də gələcəyə aparan yol xəritəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31