İslam aləminin üç nəhəngi Laçında bir araya gəldi- ÖZƏL

"Müsəlman Şərqində ilk demokratik parlament respublikasını quran Azərbaycan İslam aləminin iki nəhəng gücü Türkiyə və Pakistan liderləri ilə qalibiyyətimizin rəmzlərindən olan Laçında İkinci Zirvə toplantısında bir araya gəldilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib: "353 milyon əhali, 1,8 trilyon ÜDM olan üç dövlət malik olduqları resurslar və strateji çoğrafi mövqeləri ilə yeni dünya düzəninin formalaşması ərəfəsində öz  siyasi, iqtisadi və müdafiə gündəliklərini müəyyən edirlər. Bu üç dövlət həm də qlobal müstəvidəki məsələlərə oxşar və eyni mövqe formalaşdırırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31