Bu üç ölkə arasında münasibətlər tarixin sınağından dəfələrlə uğurla çıxıb- ÖZƏL

"Müstəqillik Günündə Laçın Hava Limanının istifadəyə verilməsi, Türkiyə Prezidenti və Pakistanın Baş nazirinin Laçına  səfəri həm regionda, həm də dünyada baş verən geosiyasi proseslər fonunda xüsusi əhəmiyyətə malikdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Bu həm də gözü torpaqlarımızda olanlara, Azərbaycana qarşı məkrli planlar cızanlara, ölkəmizdə qarışıqlıq yaratmaq istəyənlərə ciddi mesajdır. 
Üç ölkə arasında münasibətlər tarixin sınağından dəfələrlə uğurla çıxıb. Hər üç xalq hər zaman bir-birinin yanında olub. Bu münasibətlərə artıq heç kim xələl gətirə bilməz. Yaşasın Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31