Ərdoğan Laçında “Azərbaycan” şeirini deyib
28 May 17:44 SiyasətBu önəmli gündə Azərbaycanın tanınmış şairi Səməd Vurğunun misralarını xatırlayıram.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
O, Səməd Vurğunun Azərbaycan haqda yazdığı şeiri belə səsləndirib:
"El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Obamız, elimiz Azərbaycanla münasibətləri gücləndirərək davam etdirəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31