İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılışını etdilər - VİDEO

Bu dəqiqələrdə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edirlər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.

Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.

Xəbər yenilənəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31