İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda deyilir:

"Zatı-aliləri.

Sizi Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə Gürcüstan Hökuməti və gürcü xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

28 May tarixi əhəmiyyət daşıyan bir gündür və Azərbaycan xalqının azadlıq arzusunun və müstəqilliyinin rəmzidir.

Dostumuz və strateji tərəfdaşımız Azərbaycanın uğurları və inkişafı bizi səmimi-qəlbdən sevindirir. Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında ümumi maraqlara, regionun inkişafına və sabitliyinə yönələn möhkəm tarixi dostluq və əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcəkdir.

Müstəqilliyin bu əlamətdar günündə Sizə daim firavanlıq, tərəqqi və dövlət quruculuğu yolunda daha da böyük uğurlar arzulayıram.

Cənab Prezident, Sizə dərin ehtiramımı ifadə edir və ən xoş arzularımı çatdırıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31