Azərbaycan fransız məhbusu bu şəxsin xahişindən sonra əfv etdi
27 May 16:25 SiyasətXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Onların arasında Fransa Respublikasının vətəndaşı 1986-cı ildə anadan olmuş Clerc Theo Hugo da var.
O 2024-cü ilədə Bakıda metro deposunda vaqonlara qraffiti çəkib. Polis onu saxlayıb. Fransalı Clerc Theo Hugo 3 il müddətinə həbs edilib.
Trend-in etibarlı mənbədən əldə etdiyi məlumata görə, onun əfv olunması üçün Azərbaycana müxtəlif yerlərdən xahişlər daxil olmuşdu. belə xahiş isə Bakıda səfəri zamanı Kaya Kallas etmişdi, Prezident İlham Əliyevlə görüşdə belə xahiş edib və rəsmi Bakı buna müsbət yanaşıb. Onun əfv olması Fransaya görə yox, məhz bu xahişə görə baş tutub", - mənbə bildirib. (Milli.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31