Filippin Prezidenti Azərbaycan liderini təbrik edib
27 May 2025 16:13 SiyasətFilippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markos Prezident İlham Əliyevə təbrik məktubu yollayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Filippin Respublikasının Hökuməti adından Sizi və xalqınızı təbrik edirəm.
Filippin və Azərbaycan sülhpərvər, mütərəqqi və firavan ölkələr kimi ortaq dəyərləri bölüşürlər.
Xalqlarımızın rifahı naminə səy göstərdikcə, qoy, ölkələrimiz arasında tərəfdaşlıq dərinləşməkdə davam etsin!
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31