"Azərbaycan qlobal dialoqun yeni ünvanına çevrilir" - ÖZƏL
16:32 Siyasət"Azərbaycan bu gün təkcə regional məsələlərdə deyil, bir çox qlobal problemlərin həllində mühüm kilid ölkələrdən birinə çevrilib. Ölkəmiz demək olar ki, dünyanı narahat edən bir sıra önəmli qlobal humanitar layihələrin həyata keçirilməsində təşəbbüskardır".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. O qeyd edib ki, Azərbaycan bu gün çox vacib məsələlərin müzakirə edildiyi əsas mərkəzə çevrilib:
"Azərbaycan hələ Qoşulmama Hərəkatına sədrliyi dövründə, ondan əvvəlki xarici siyasət kursunda da bu istiqamətdə fəal rol oynayıb.
Həmçinin bu gün Bakı Təşəbbüs Qrupu timsalında dünyada haqqın və ədalətin bərqərar olmasına böyük töhfə verir. Bu gün isə paytaxtımız Bakı şəhəri və işğaldan azad edilən Şuşa şəhəri qlobal narahatlıqların müzakirə olunduğu, qlobal problemlərin həll yollarının axtarıldığı ən önəmli və vacib məkanlardan birinə çevrilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün çox vacib məsələlərin müzakirə edildiyi əsas mərkəz, platforma və məkan rolunu oynayır.
Ölkəmiz bu gün islamofobiya bəlasına qarşı mübarizədə də vacib bir nöqtədir. Azərbaycan qlobal birliyin islamofobik siyasətinə etiraz edir. Buna qarşı beynəlxalq həmrəyliyin vacibliyini vurğulayır və Azərbaycanın bu məsələdəki əsas missiyasından əlavə, belə müzakirələrə ev sahibliyi etməsi ölkəmizin uğurlarını və eyni zamanda Azərbaycanın islamofobiyaya qarşı mübarizə mərkəzi olduğunu bir daha nümayiş etdirir".
Zeynəb Mustafazadə