Laçında maraqlı dialoq: Sən mütləq general olacaqsan - Prezident
27 May 2025 15:55 SiyasətPrezident İlham Əliyev mayın 27-də Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.
Olaylar.az xəbər verir ki, görüş zamanı Prezidentlə Laçın sakinləri arasında maraqlı dialoq baş tutub.
Həmin söhbəti təqdim ediriik:
Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.
Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?
Sakin: Beş.
Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.
Sakin: Bəli, bəli.
Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31