Türk Qadın Parlamentarilərin Birinci Zirvə Toplantısı keçiriləcək
27 May 2025 14:29 SiyasətMilli Məclisin deputatları Tamam Cəfərova və Gülşən Paşayeva mayın 28-də Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfərdə deputatlar TÜRKPA-nın və Şimali Kipr Türk Respublikası Məclisinin birgə təşkilatçılığı ilə "Təhsil, mədəniyyət və sahibkarlıq" mövzusunda keçiriləcək Türk Qadın Parlamentarilərin Birinci Zirvə Toplantısında iştirak edəcəklər.
Səfər mayın 31-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31