Paşinyan prosesləri dalana aparır- ÖZƏL

"Ermənistanda Rusiyanın müxalifətə dəstək verməklə seçkilərdə Nikol Paşinyanı devriməyə çalışacaq". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Xüsusilə Gümrüdə müxalifətin mer seçilməsi, müxalifət və Rusiyanı ciddi şəkildə ümidləndirib. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi etməklə, sülh müqaviləsinə mane olmaq və yalnız öz nəzarətində yeni bir müqavilə bağlatdırmaqla nəqliyyat yollarına tam nəzarət etməyi planlaşdırır. 
N. Paşinyan "Yerevan dialoqunda" çıxışnda özünü "sülhpərvər" açıqlaması ilə, prosesləri dalana aparır. Ermənistan parlament seçkilərinə kimi referendum edib, konustitusiyanı dəyişərək, sülh müqaviləsi bağlasa, Türkiyə və Azərbaycanla münasibətlər normallaşacaq. Nəticədə özünün hakimiyyətdə saxlaya və Rusiyanın təsirini neytrallaşdıra bilər. Hazırkı situasiyada Rusiya Ermənistanda mövqelərini gücləndirməyə çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31