Müstəqillik Günü Azərbaycan xalqının azadlıq ruhunun təntənəsidir- ÖZƏL
27 May 2025 13:57 Siyasət"1993-cü ildə ölkədə yaşanan dərin siyasi böhran fonunda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyini qorumaq və möhkəmləndirmək üçün tarixi missiyanı öz üzərinə götürmüşdür. Onun rəhbərliyi ilə ölkədə sabitlik təmin olunmuş, iqtisadi tənəzzül dayandırılmış, dövlət institutları möhkəmləndirilmişdir. Məhz Ulu Öndərin səyləri nəticəsində gələcək Zəfər yolunun əsasları formalaşdırılmışdır. Ümummilli Lider öz çıxışlarında dəfələrlə bəyan edirdi ki, müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onun ideallarına sadiqdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirmiş, ölkəni regionun lider dövlətinə çevirmişdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərin əldə olunması müasir dövlətçilik tariximizin zirvə hadisəsidir.Bu gün Azərbaycanın hər bir vətəndaşı fəxrlə ifadə edir ki, dövlətimiz güclüdür, ordumuz qalibdir, xalqımız bir yumruq kimi birləşmişdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan yalnız öz gücünə və xalqın dəstəyinə arxalanır: "Biz müstəqil və ləyaqətli siyasət aparırıq. Prinsipial məsələlərdə heç kimə güzəştə getmirik".
28 May - Müstəqillik Günü Azərbaycan xalqının azadlıq, müstəqillik və milli özünüdərk ruhunun təntənəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi daha da güclənməkdə, tariximizə və milli dəyərlərimizə olan sədaqət qorunub saxlanılmaqdadır. Azərbaycan xalqı keçmişinə dərin hörmətlə yanaşaraq gələcəyə doğru qürurla və əminliklə addımlayı".